Karyera planlamasında valideynlərin 3 ən böyük səhvi və doğruları
Enneagram üzrə ekspertəm. 116 kriteriyaya əsaslanan şəxsiyyət testi ilə gənclərə doğru ixtisas və karyera seçimi istiqamətində elmi və fərdi yönləndirmə təqdim edirik. Enneagram testi ilə ixtisas seçimini və gələcək karyeranı düzgün planla!
Giriş
Valideyn olmaq – həm böyük sevgi, həm də böyük məsuliyyətdir. Sən övladının xoşbəxt gələcəyi üçün illərlə çalışmısan: onu qoruyubsan, oxutmusan, yönləndirmisən. Amma etiraf edək: bəzən yaxşı niyyətli müdaxilələr də, səhv istiqamətə aparır. Xüsusilə də ixtisas seçimi mövzusunda...
Bu yazıda ən çox rast gəlinən 3 valideyn səhvini və onların doğru alternativlərini birlikdə araşdıracağıq. Çünki sənin istəyin – onun xoşbəxtliyidirsə, doğru yol – onun içindəki səsi dinləməkdən keçir.
Səhv 1: “Biz bilirik nə yaxşıdır” demək
Bəzən valideyn övladının nə istədiyini, nəyə meyilli olduğunu görmədən sadəcə deyir:
Məsələn,
“Müəllim ol, yaxşı peşədir.”
“Həkim ol, sabah çətinlik çəkməzsən.”
Bunlar pis ixtisaslar deyil. Ümumiyyətlə, pis ixtisas yoxdur. Hər ixtisasdan asılı olaraq peşəkarlar var. Amma hər ixtisas, hər uşaq üçün deyil. Əgər övladının təbiəti (xarakter və bacarığı) bu sahəyə uyğun deyilsə, bu yol onun üçün xoşbəxtlik gətirməyəcək.
Doğru Yanaşma:
“Səni tanımaq istəyirəm. Görüm, nəyi sevirsən? Hansı sahədə rahat hiss edirsən özünü?”
Bu sualları vermək, həm də onu ciddiyə almaq deməkdir. Bu isə onun özünə olan inamını artırır.
Səhv 2: bal əsaslı qərar vermək
Çox rast gəlinir:
“600 bal toplamısan, niyə gedib 400 ballıq ixtisasa girirsən? Ayıbdır!”
Amma unutma – bal sadəcə bir vasitədir, məqsəd deyil. Əgər övladın 400 ballıq ixtisasa uyğun şəxsiyyətdədirsə və orda inkişaf edəcəksə – bu, ən ağıllı seçimdir. Yoxsa 600 ballıq ixtisasda ruhən əzilməyin mənası nədir?
Doğru Yanaşma:
“Balın çoxdur – bu gözəldir. Amma gəlin görək, sənin şəxsiyyətinə, xarakterinə uyğun olan sahə hansıdır?”
Səhv 3: Öz arzularını övladın üzərindən həyata keçirmək
Bəzən sən demə, valideyn övladına yox, öz gəncliyinə yön verir. Əvvəllər özü istədiyi, amma gedə bilmədiyi sahəni övladından gözləyir:
“Mən oxuya bilmədim, sən oxu.”
“Mən müəllim olmaq istəyirdim, sən olarsan.”
Öz arzularının övladının həyatına köçürmək istəyir. Bu yolla övladın öz yolu deyil, sənin yolunu gedir. Bu isə nə ona, nə də sənə qalibiyyət gətirir.
Doğru Yanaşma:
“Mənim arzum ayrı idi, amma səni sən olduğun üçün sevirəm. Sənin yolunu birgə tapaq, sənə uyğun olanı seçək.”
Nəticə
Hörmətli valideyn, unutma! Sənin rolun – övladının xarakter və bacarığını bilib ona uyğun istiqamət verməkdir. İdarə etmək deyil. Sən övladının yanında durmalı, onunla bir yoldaş, bir bələdçi kimi hərəkət etməlisən.
Əgər sən də istəyirsənsə ki, övladın həm psixoloji, həm də peşə baxımından uyğun bir sahəni seçsin – bunun üçün elmi yanaşmalar mövcuddur.
KaryerİX – şəxsiyyət tipi və xarakter və bacarığa əsaslanaraq ixtisas xəritəsi çıxaran bir testdir. Bu test övladının daxili güclərinə uyğun sahələri göstərərək, sizi daha sağlam qərarlara yaxınlaşdırır.
Son Söz
Sən öz övladının ən böyük dayağısan.
Amma o da öz dünyasını qurmaq istəyir.
Gəlin bu dünyanı birlikdə – anlayışla, sevgi ilə və düzgün yanaşma ilə quraq.
Əgər sən də bu səyahətə başlamaq istəyirsənsə – sadəcə “+” yaz, sənə KaryerİX testi ilə bağlı məlumat göndərək.
Bu addım – yaxşı niyyətin düzgün istiqamətdə atılmış versiyası ola bilər.

